Məkanımızı daha böyük göstərmək üçün nələr etməliyik?

Əsas səhifə»Məkanımızı daha böyük göstərmək üçün nələr etməliyik?
blog image

Məkanımızı daha böyük göstərmək üçün nələr etməliyik?

2023-09-25

 

Bəlkə də çoxumuz kiçik bir evdə kiçik yerlərdə yaşayırıq. Önəmli olan yerin nə qədər böyük və ya kiçik olması deyil, onu necə dekor etməyimizdir. Bəzi vacib dekor üsulları ilə məkanınızı olduğundan daha böyük və daha geniş göstərə bilərsiniz. Bu məsləhətləri aşağıdakı kimi sadalaya bilərik.

 

1. Açıq rənglərə üstünlük verilməsi.

Tünd rəngləri seçməkdən çəkinin, çünki tünd rənglər işığı udur. Bu, məkanın daha dar görünməsinə səbəb olur. Açıq rənglər işığı əks etdirir və məkanı daha geniş göstərir.

 

2. Güzgülərdən istifadə

Məkanda güzgüdən istifadə etmək, otağın daha geniş görünməsi üçün çox təsirlidir. Kiçik məkanlarda çox böyük güzgüdən istifadə etmək yerinə, məkanın ölçüsünə mütənasib bir güzgü istifadə edə bilərsiniz. Bundan əlavə, güzgüünüzü gündüz işığını interyerinizə əks etdirmək üçün yerləşdirsəniz, məkan daha parlaq və daha geniş görünəcəkdir.

 

3. Mebel seçimi

 Kiçik məkanlarda böyük mebellərdən istifadə məkanı olduğundan daha kiçik göstərir. Məkanınızın ölçüsünə uyğun mebel seçməlisiniz. Mebel seçərkən ehtiyaclarınıza ən uyğun olanı seçməlisiniz. Tək mebel seçmək əvəzinə daha çox insanın istifadə edə biləcəyi mebelləri seçə bilərsiniz. Mebellərin sayını mümkün qədər azaldın.

 

5. İşıqlandırma üstünlükləri

Təbii işıqdan çox istifadə etməlisiniz. Təbii işıqdan istifadə etmək mümkün deyilsə, süni işıqdan ən uyğun şəkildə istifadə etməlisiniz. Məkanın parlaqlığı onun daha böyük görünməsi üçün çox vacib amildir. İşıqlandırma seçərkən, məkanın daha böyük görünməsi üçün tək işıqlandırma yerinə bir neçə fərqli işıqlandırma seçmək çox vacibdir.

 

6. Aksesuar seçimi

Məkan nə qədər sadə bəzədilsə, bir o qədər geniş görünür. Aksessuarlar bir məkan üçün zəruridir. Ancaq həddi aşmaqdan çəkinin. Məkanın ölçüsünə mütənasib olan rəsmləri, obyektləri və çərçivələri seçməlisiniz. Bu aksesuarlardan bir neçəsi ilə məkanınızı bəzəyə bilərsiniz.