Əsas səhifə»Eksteryer dizayn
blog image

Eksteryer dizayn

 

Eksteryer dizayn nədir?

 

Eksteryer mənşəcə latın sözü olub, müəyyən bir əşyanın xarici görünüşü deməkdir. Əsasən, insanlar ilkin olaraq daxili gözəlliyin önəmli olduğunu söyləyirlər. Amma, reallıqdan danışsaq, biz ən az daxili gözəlliyə önəm verdiyimiz qədər xarici gözəlliyə də önəm veririk. Gündəlik yaşamımızda hər hansısa bir əşyaya və yaxud insana baxdığımızda ilkin olaraq xarici görünüşü qiymətləndirik və sonra daxilinə nəzər yetirik. Sözsüz, daxili və xarici gözəlliyi ayrı-ayrılıqda təsəvvür etmək olmaz. Hər ikisi bir-biri ilə vəhdət təşkil etməlidir. Ekteryer dizayn- ofislərin, evlərin, ticarət komplekslərinin, bağ evlərinin, restoranların, mağazaların və digər obyektlərin xarici görünüşünün dizayn edilmə prosesidir. Bunlara: fasad, dəri, dam və təməl elementler daxildir. Eksteryer dizayn - yaşayış yerinin və ya məkanın memarlığına mükəmməl bir iltifat verir. Hər hansısa bir yaşayış binasına yaxınlaşdıqda, ilk fərqinə vardığımız binanın xarici görünüşü olur. Binaya baxanda beynimizdə elə xoş təəssürat yaranmalıdır ki, biz ora daxil olmaq istəyək. Əgər xarici görünüş qane edici olmasa, bizim həmin yerə daxil olmaq cəsarətimiz itəcək. Gəlin buna bir məsəl göstərək.

Biz hər hansısa bir iş yerinə cv göndəririk və müsahibəyə çağırılırıq. İlk öncə həmin yerə yaxınlaşdıqda biz ofisin xarici görünüşünə nəzər yetiririk. Əgər görünüş bizi qane etmirsə, ora daxil olmaq istəyimiz azalır. Eksteryer dizayn - ilkin baxış, hiss edilişdir, görünüşü qiymətləndirmədir. Eksteryer dizaynın əsas məqsədi binaların xarici görünüşünü baxımlı, cəlb edici etməkdir. Məhz buna görə də, müasir, zövq oxşayan, estetik məkana sahib olmaq üçün, sizin peşəkarların yardımına ehtiyacınız olacaq!

 

Eksteryer dizayn xidməti

 

Biz yaşayış binalarınızın xarici görünüşünü qeyri-adi və cəlbedici formada dəyişərək xəyallarınızı gerçəkləşdirə bilərik. Xarici görünüşün ətraf mühitə uyğun olmasından əlavə olaraq həmdə, unikal olmalıdır. Bu da ancaq təcrübəli dizaynerlərimiz sayəsində mümkündür. Yaşayış yerinin xarici görünüşü istifadə edilən materiallardan asılıdır. Evinizin cəlbedici olması üçün istifadə edilən materiallara xüsusi diqqət yetirilir. Alüminium, stukko komponentlər, taxta materiyallar, polad hissələri, kərpic və digər popular materiallardan istifadə edərək obyektləri hazırlayırıq. Xarici görünüş üçün materiyalları seçərkən, yaşayış yerinin həm estetik, həm də davamlı olmasını balanslayırıq. Nail olmaq istədiyiniz estetik görünüşü dizaynerlərimiz ilə müzakirə edirsiniz və onlar öz xüsusi bacarıqları ilə sizin istəyinizə uyğun görünüş yaradırlar. Rəng seçimi xarici görünüş üçün ən önəmli olan faktorlardan biridir. Rəngin bir müşahidəçinin zehninə psixososyal əlaqəyə gəlincə təsir etməsi və böyük rol oynaması məlum bir həqiqətdir. Buna görədə biz xüsusi olaraq rəng seçiminə diqqət yetiririk. "Aksent İnteryer Dizayn" olaraq xarici dizaynınızı bənzərsiz, praktik və estetik cəhətdən xoş etmək üçün fikirlər hazırlayırıq. Öz yaradıcılığımızdan istifadə edərək məkanın bədii ləzzətini qorumaq üçün damın təməl elementlərin və fasadın dizaynını böyük ustalıqla edirik.

 

Eksteryer dizayn xidmətimiz sizə nə qazandırır?

Dizaynerlər qrupumuz bu sahədə ən təcrübəli, tanınmış şəxslərdəndir. Layihəni hazırlamaq üçün müştərilər ilə ortaq olub, onların fikirlərini ideyalarına qatır və möhtəşəm bir sənət yaradırlar.Həmçinin, biz yeni layihələr axtarıb, təklif edirik. Tikinti prosesində layihə sahəsinə mütəmadi olaraq baş çəkib nəzarət edirik.Potensial müştərilərimizin layihələrimizə baş çəkmələrinə icazə veririk ki, gedişat ilə tanış olsunlar. Biz detalları və sənayənin ən yaxşı dizaynerlərini diqqətlə izləyib seçirik. Hər bir müştəriyə fərdi yanaşır, sərfəli qiymət təyin edir və işimizin peşəkar səviyyədə olmasına zəmanət veririk. Müştərini razı salmaq bizim əsas məqsədimizdir!